28 апреля 2025

SƏN GÖYƏRÇİN KİMİSƏN

Sən göyərçin kimisən ,
Qollarımda çırpınan ,
qanadlarını üzümə çırpan ,
məsum — məsum baxan ..
Sinəmə sığınıb
ürəyimlə bərabər döyünən ,
mənə ilham verən …
Bilirsənmi ,
Harda olsam
sənin görüşünə tələsirəm …
Gözlərim baxışların ,
əllərim titrəyişin ,
ürəyim çırpıntıların üçün darıxır ..
Varlığımın bütün hissləri
baxışlarında düyünlənir …
Bax , indi yenə birlikdəyik ,
Əllərimin sığalı tellərini oxşayır ..
Səncə bu xoşbəxtlik deyilmi ?
Məncə də ..
Bir sevgiyə sığınmış iki ruh
axşamın bu saatlarında
göylərə pərvaz edir —
sən mənim dizlərimdən ,
mən sənin sevgindən …
Müəllif: Bəhram Şəms. 21.03.2023.