17 мая 2024

ÜÇ   KARTOF

Uşaqlar, sual verim
Düz cavabı siz tapın.
Çalışın ləngiməyin,
Düz cavabı tez tapın.

Bir kartofun qazanda
Bişirilmə müddəti
İyirmi dəqiqədir,
Yoxlanılıb bu qəti.

Düşünürəm ki, doğru
Cavab veriləcəkdir.
Üç kartof bişirməkçün
Nə qədər vaxt gərəkdir?

Cavabı tapanlara
Söyləyirəm ,,Afərin».
Doğru cavab verməyən
Bir az yaxına gəlsin.

Nə fərqi, kartof sayı
Ya üçdür, ya da ki, bir,
İyirmi dəqiqəyə
Hamısı bişəcəkdir.

Müəllif: Əhməd Haqsevər