17 мая 2024

SƏBİNƏNİN KƏŞFİ

Gecə Səbinə göyə
Baxıb nə isə gördü.
Bacısının yanına
Qaçaraq evə girdi.

-Bilirsənmi, İradə,
Həyətdə nə gördüm mən?-
Harasa qopub düşüb
Ayın yarısı göydən…

O ki, tamam girdəydi
Beş-on gün bundan qabaq.
Vaxt itirməyək hədər,
Onu axtarıb tapaq.

Sonra verək kosmonavt
Əmilərin birinə.
O da göyə uçanda
Yapışdırsın yerinə.

Müəllif: Əhməd Haqsevər