17 мая 2024

İNDİ

Cibimizdə yoxdu para,
Baş götürüb gedək hara,
Millət qalıb tam avara,
Kimdən imdad edək indi.

Çəyirtkəyə dönübdü pul,
Hamımızı edibdi qul,
Qadınlar dul, kişilər dul,
Keçmişi yad edək indi.

Qaçır bizdən bu zəhrimar,
Olub buzə zəhərli mar,
Günlər ötür hey ahuzar,
Nədən fəryad edək indi.

Altımızda yox araba,
İki ayaq bir coraba,
Hər yan uçuq bir xaraba,
Necə abad edək indi.

Lal edilmiş çox dilləri,
Boynu bükük o gülləri,
O qırılan könülləri,
Bəs necə şad edək indi.

Müəllif: Ramiz Lerikli