17 мая 2024

NƏSİHƏT

BƏHRİ-TƏVİL

Ey əziz, qəlbi təmiz nazlı balam, duzlu balam,  ver ki, salam yaşlılara, hörmətə layiq olan ağbirçəyə, ağsaqqala- ağbaşlılara, qoy səni bilsinlər ədəb sahibi, dünyada mərifətli, ləyaqətli, nəzakətli, ədalətli, xoş adətli bir övlad, olasan şad, adama çox yava bir ad gətirən pis hərəkətdən qaçasan, hər əməlinlə gələcək günlərə bir yol açasan, nur saçasan, hər bədi, pis işləri, vərdişləri rədd eyləyəsən, hər yalana nifrət edib döğrunu düz söyləyəsən, heç kəsi incitməyəsən, pis hərəkət etməyəsən, əyri yola getməyəsən, bax, qulaq assan dediyim sözlərə hərgah , bunu bil sən, bəli, hökmən deyərəm min kərə ,,əhsən», səni hey tərif edib fəxr edərəm mən.

Müəllif: Əhməd Haqsevər