Varlığım daş üstə sürünür,
Fitnənin gözləri görünür.
İçimdə ürəyim döyünür.
Kim bilir gümanın sayını?
Əlləri yorulub ümidin,
Gələn də, gedən də sən idin.
Görürdüm razıydın, şən idin
Bilmədim tapdınmı tayını?
Quş idim qanadım var idi,
Göylərdə buludlar yar idi.
Güney gül,zirvələr qar idi…
Neynədin qismətin payını?