17 мая 2024

DOYUNCA

Bir ruh baş gotürur göylərə sarı,
Baxıb arxasınca, ah çək doyunca.
Bu qərib sevgini sinəmin üstə,
Dağlartək sırala, dağ çək doyunca.

Dara çək bu eşqi buz əllərinlə,
Yerdən ayağinı üz əllərinlə.
Tutub kəndirin öz əllərinlə,
Gözün baxa- baxa, bax ,çək doyunca.

Ruhunu qucaqla solan bu eşqin,
İzini dünyadan silən bu eşqin.
Qolunda can verib ölən bu eşqin,
Boyuna ötən biç, ağ çək doyunca .

Müəllif: Ziyafət Yəhya