Məni zorda saxladın,
İçimə ağrı verdin.
Çörəyimdən kəsmədin,
Suyumu doğru verdin.
Bu bədən səninkidir,
Əllərindən yapışdım.
Sənin sevgindən uzaq,
Mən bir quru qamışdım.
Ömür sürmək çətindir,
Sənin ədalətinlə.
Mən sənin kitabınam,
Sən də ruhumu dinlə.
Sən haqqın haqq səsisən,
Mən boşalan ürəyi.
Allahı göydə saxla,
Sən onun tək dirəyi.