İyirmi iki on beş
Qatarın çıxma vaxtı.
Elə düz həmin vaxtda
Qatar vağzaldan çıxdı.
Şəhərləri, kəndləri
Qoydu arxada qatar.
Sərnişinlər düşünür
Haçan evinə çatar.
Saat altı qırx beşdə
O çatdı son mənzilə.
Neçə saat yol gəlib,
Cavabını kim bilər?