16 июня 2025

QATARIN GETDİYİ VAXT

İyirmi iki on beş
Qatarın çıxma vaxtı.
Elə düz həmin vaxtda
Qatar vağzaldan çıxdı.

Şəhərləri, kəndləri
Qoydu arxada qatar.
Sərnişinlər düşünür
Haçan evinə çatar.

Saat altı qırx beşdə
O çatdı son mənzilə.
Neçə saat yol gəlib,
Cavabını kim bilər?

Müəllif: Əhməd Haqsevər