17 мая 2024

ŞƏHİD KİMDİR?

Uşaqlar üçün

Uşaq:

Şəhid kimdir, anacan,
Niyə şəhid olurlar?
Söylə, bu adı kimlər,
Necə, nə cür alırlar?

Ana:

Torpağı üçün candan
Keçənlərdi şəhidlər.
Vətən üçün andını
İçənlərdi şəhidlər.

Şəhidlər qönçəsi gül
Olmayana deyilir.
Düşməndən qorxub rəngi
Solmayana deyilir.

Uşaq:

Bəs, müharibə nədir,
Kimlər döyüşür orda?
Bu haqda danışırlar,
Tez-tez televizorda.

Ana:

Müharibə xalqların
Qəhrəmanlıq yoludur.
Düşməni yurddan qovan
Cəngavərin qoludur.

Yurdunu çox sevənlər
Onu dar gündə atmaz.
Şəhidi olan xalqı
Müharibə qorxutmaz.

Müəllif: Əyyub Türkay