14 мая 2024

BÜKÜN MƏNİ

Tükənəndə bir gün yolum,
Ağ biçməyin mənə oğlum.
Bir köynək də yaxın olum,
Torpağıma bükün məni.

Söz tək qiymətli zərimin,
Tapsaz soyulan dərimin.
Sonra görunən yerimin,
Sorağına bükün məni.

Mehi ətirli baharın,
Birgə düşsək yarpaqların.
Altı isti olur qarın,
Yorğanına bükün məni.

Apardığım hər sirrimin,
Tükənməyən dərd-sərimin.
Yarımçıq qalan şerimin,
Varağına bükün məni.

Qoy bu şeir dursun şahid,
Bitməyib davamız eşit.
Vətənimçün olsam şəhid,
Bayrağıma bükün məni.

Müəllif: Qorxmaz Kadusi.