02 мая 2024

SƏN MƏNİM SEVDİYİM İNSAN DEYİLSƏN

Sən mənim sevdiyim insan deyilsən,
Mənə sevdiyimi unutduransan.
Ramiz Rövşən

Sən mənim sevdiyim insansan elə

Vardır milyon dərdin dərmanı səndə,
Ən sərt ağrıları ovutduransan.
Sən mənim sevdiyim insansan elə,
Sən mənə hamını unutduransan.

Qovma ümidlərin zərrəsini də,
Qoy ölüm keçməsin həyat yerinə.
Göndər ürəyinin çırpıntısını,
Asım otağımdan saat yerinə.

Bu qədər küskünlük nəyinə lazım?
Sanma səadətdən qıraq düşmüsən.
İsrarlı dualar səni gətirmir,
Sən alın yazımdan uzaq düşmüsən.

Bütün fəsillərdə soyuqsan, soyuq,
Bahar arzulamaz donan qış adam.
Ağlınmı, qəlbinmi günahkar oldu
Ürəyi daş qadın, ağlı daş adam?

Müəllif: Ziya Dilsuz