17 мая 2024

KİŞİLƏR

( Hekayə)

Qaynatamı görməmişəm, amma eşitmişəm ki, Nəcəf kişi uzun muddəd milis işləmiş və ömrundə haram tikə evinə gətirməmişdir. Çox mərd, zabitəli, işində dəqiq, və həm də ürəyi çox yumşaq olan kişi olub. O adi milis olsa da iş yerində hörmət sahibi olub və hətta cinayətkarlar da onun hörmətini saxlayıblar.Hamı Nəcəf kişini həmişə və hər yerdə milis geyimində görmüşlər çünki onun başqa paltarl olmamışdır. Məvacibi az, ailəsi isə böyük olduğundan, ailəni qaynanam öz zəhməti ilə böyütmüşdü.. Qayanamın adl Sevğili idi və kəndə hamı onu Söylü deyə çağırardı və hamı tərəfdən sedilən ana idi. İllər boyü həyətində göyərti yetişdirib, tənək yarpağl, .əncir, əncir qurusu, zeytun, üzum, qəysi və sair həyət meyvələrini bazara çıxarıb ,çörək pulu qazanardı. Uşaqlar böyüdükcə ona köməkci olublar. Uşaqlar analarını «Bacılı», atalarına «Qedeş» deyə çağırardılar. Mən də hamı kimi qaynanama «Bacılı» deyərək muraciyət edərdim. Bir gün qaynanam, Baçılıdan soruşdum:
— Eşitmişəm, rəhmətlik Qedeşin hörməti o qədər çox olub ki, həttə sinayətkarlar da onun hörmətini saxlayıblar.Bu necə ola bilib?
Bacılı bir xeyli danışmadı, sonra mənə dedi:
— Elə idi, çünki kişi hər işə baş qoymazdı.Tutulan adamlarla mehriban danışar, qohum əqrabalarına bəzi işlərdə köməklik edərdi. Bir əhfalat danışım, bu əhfalat 50- ci illərdə olmuşdu.sonrası özun hər şeyi başa düşərsən.
Qayanam mənə bələ bir əhfalat danışdı.

Qonşu kəmdimizdə Böyükağa adlı bir kişi vardı. Kənddə Böyükağanın bir sözünü iki eləyən olmazdı, kəndin ən böyük ağsaqqalı sayılırdı. O vaxtları kənd cammatı çox dindar idilər, onda namus, qeyrət hər şeydən üstün sayılırdı. Bir dəfə Böyukağa bir kəndçisini başqasınln namusuna göz qoyduğuna görə onu cəzalandırır və ondan kənddən çıxıb getməyini tələb edir. Həmin kişi gedib rayon milis şöhbəsinə şikayət edir. Milis şöhbənin rəisi Böyükağanı şöhbəyə gətirdirmək istəsədə bu işi heç bir milis bacara bilmir. Çünki Böyukağa onları silahla qarşılayardı. Rayon milis şöhbənin rəisi Qedeşi yanına çaxırıb, deyir:
— Nəcəf, bi işi səndən başqa heç kəs bacara bilməz.Bilirəm o kənddə sənin hörmətin çoxdur, özü də Böyükağa ilə aranız yaxşı olub, o sənin sözündən çıxmaz. Get onu gətir şöhbəyə. Bəlkə heç şikayət subutt olunmadı, onu azad buraxarıq.
Qədəş kiçik milis idi, ailəmiz böyük, vəziyətimiz də çox ağır idi. Qədəş çarəsiz qalıb razılaşır. O vaxtları maşın çox az idi, günortadan sonra Qədəş piadə gedir Böyükağa gilə. Həyət qapını döyür, Böyukağa əlində silah qapını açıb Qədəşi görəndə silahı gizlədir.Onlar dostcasına görüsurlər, salam- kalamdan sonra Böyuağa Qədəşi həyətə dəvət edir. Onlar tut ağacı altında oturub çay içə-içə şirin- şirin keçmiş günlərdən danışırlar. Qədəş gəlməyin məqsədi haqqında heç nə demir və Boyukağa da ondan niyə gəldiyini soruşmur. Qedeş bir stəkan çay içəndən sonra durub yola duşmək istəyir. O həyət qapısına çaranda Böyükağa Qedeşe deyir:
— Nəcəf, gözlə,mən də səninlə gəlirəm.
Qedeş deyir:
— Böyükağa, yaxşı deyil, camaat mənə nə deyər, mən düz — çörəyi tapdalaya bilmərəm. Mən səni apara bilmərəm, şöhbədə deyərəm ki, evdə olmamısan.
Böyükağa razı olmur:
— Yox, Nəcəf, mən də düz- çörəyi tapdalaya bilmərəm, sənin böyük ailən var, mən onların çörəyinə bais ola bilmərəm. Onsuz da gec- tez bir əclaf gəlib məni aparar, yaxşısı budur məni kişi aparsın.
Qədəş yenə razı olmur:
— Böyükağa, əğər sən mənimlə getsən mən bir də bu kəndə ayağ qoya bilmərəm, mən bu xalqın üzünə necə baxaram?
Böyükağa bu qərara gəlir:
— Yaxşı, belə edək, sən qabağda get, mən 5 dəqiqədən sonra çıxıb sənin arxanca gələrəm. Kəndin çoxacağında sənə çataram .
Belə də edirlər. Kəndin çıxacağında Böyükağa Qədəşə çatır və onlar yenə dostcasına söhbət edə- edə şöhbəyə gedirlər.
Böyükağaya 5 il ış verirlər, və bu hadisədən sonra Qedeş xəcalərdən bir daha o kəndə getmir.

Müəllif: Şirəli Əlyar 20.11.2022