17 мая 2024

AYGÜNÜN FİNCANI

Uşaqlar üçün hekayə

Səhər yeməyindən sonra balaca Arzu oturub televizorda “Mən anamın köməkçisiyəm” adlı maraqlı bir veriliş izləyirdi. Bu zaman böyük bacısı Aygün dərslərini hazırlayırdı, anası isə mağazaya alış-veriş etməyə getmişdi. Verilişi izlədikdən sonra Arzu anasına kömək etmək qərarına gəldi. Odur ki, çox düşünmədən, durub mətbəxə keçdi.

Balaca Arzunun əli su kranına çatmadığı üçün tabureti qabyuyanın qarşısına çəkdi. Səhər yeməyindən sonra masanın üstündə qalmış fincan və nəlbəkiləri qabyuyanın içinə qoydu. Taburetin üstünə çıxıb onları səliqə ilə yudu. Yuduqdan sonra fincan və nəlbəkiləri yenidən masanın üstünə düzdü. Qab dəsmalı ilə onları bir-bir silib, qurudub, rəfə yığmağa başladı. Arzu bacısının sevimli fincanını silmək istəyirdi ki, birdən fincan əlindən sürüşüb yerə düşdü.  Səs eşidən Aygün tez mətbəxə qaçdı. Mətbəxdə Arzunun sınmış fincana baxaraq donub qaldığını gördü. Sınmış fincanını görən Aygün kövrəldi. Sonra da üzünü Arzuya tutub onu danlamağa başladı:

— Arzu, sən mənim sevimli fincanımı sındırmısan, bilirsən? Axı o fincan atanın hədiyyəsi idi, üzərində şəklim vardı! Niyə sənə aid olmayan işlə məşğul olursan? Qabları yumaq sənin yox, anamızın işidir! Ana qayıtsın, görərsən, mütləq səni cəzalandı

Arzu gördüyü işin yanlış olduğunu düşünüb qorxudan qaçıb otağındakı masanın altında gizləndi. Çox keçmədi ki, Arzunun anası qayıtdı. Anasının qayıtdığını görən Aygün tez bacısından ona şikayət etməyə başladı:

— Ana, Arzu mənim sevimli fincanımı sındırdı.

— Niyə sındırdı, qızım?

— Xəbərim yox idi. Gizlicə gedib masanın üstündəki fincan və nəlbəkiləri yuyub. Sonra da fincanımı əlindən salıb sındırı

— Anladım, qızı Hələ de görüm Arzu hanı?

— Bilmirəm, ana, evdə

Ana və Aygün otaqları gəzib Arzunu tapa bilməyəndə, ana narahat olmağa başladı və dedi:

— Aygün, bəlkə uşaq çölə çıxıb?

— Yox, ana! Axı sən qapını açarla bağlayıb getmiş

— Doğ Qayıdanda öz açarımla açdım qapını. Demək evdədir.

Elə bu zaman otaqlardan birindən Arzunun ağlama səsi eşidildi. Aygün tez otaqdakı masanın altına boylanıb Arzunu gördü.

— Burdadır, ana, Arzu masanın altında gizlənib!

Ana masaya yaxınlaşdı, dizləri üstə çökdü. Arzunu özünə tərəf çəkib qucaqladı və soruşdu:

— Qızım, niyə ağlayırsan?

— Ana, mən fincanı sındırmaq istə Bütün ev işlərini sən tək görürsən, çox yorulursan. Sənə kömək etmək istəyirdim. Əlimdən sürüşüb düşdü.

— Narahat olma, qızım! Məqsədin fincanı sındırmaq deyil, mənə kömək etmək olub. Odur ki, birlikdə gedib Aygün bacın üçün yenisini, daha yaxşısını aları

— Gedərik, anacan, deyib tez anasının üzündən öpdü.

Aygün kiçik bacısının tənbeh  olunmadığını görüb anladı ki, bu kimi hallar hər kəsin başına gələ bilər. Hətta böyüklərin əlindən də qab təsadüfən düşüb sınır. Səhvini anlayan Aygün tez yaxınlaşıb bacısını qucaqladı və dedi:

— Bacım, səni danladığıma görə məni bağış Bir zamanlar mən də boşqabı yuyanda əlimdən düşüb sınmışdı. Onda ana məni tənbeh etməmişdi. Demişdi ki, ehtiyatlı davransan, düşüb sınmaz! Mən ananın didiklərini unutmuşdum. Düz deyirəm, ana?

— Doğrudur! Diqqətlə mənə qulaq asın və yadda saxlayı Bir işi ilk dəfə görəndə təhlükəsizlik baxımından ehtiyatlı olmaq vacibdir. Məsələn, ehtiyatlı davranmasan bıçaqla barmağını, əlini kəsərsən, qaynar suyu üstünə dağıdarsan, isti ütü ilə əlini yandırarsan. Ehtiyatlı olsanız, bunların heç biri baş verməz.

Hər kəs, hətta, mən də balaca olanda səhvlər etmişəm. Böyüyə-böyüyə ev işlərini görməyi, yemək bişirməyi anamdan, nənəmdən öyrənmişəm. Əlbəttə yaşınıza uyğun olmayan ev işlərini görmək olmaz! Məsələn, bıçaqla iş görmək, isti su ilə davranmaq, isti ütüdən istifadə etmək, şüşə qabları, pəncərələri yumaq və silmək. Böyüyəndə isə ehtiyatlı davranıb xəsarət almadan bu kimi işləri də görə bilərsiniz. Hələ ki, sizə təhlükəsi olmayan ev işlərini görməyə icazə verirəm. Bilmədiklərinizi isə məndən, atanızdan soruşun. Ev işlərində kömək etmək istəsəniz, buyura bilərsiniz. Hansı işdən necə başlamağın yolunu sizə göstərərik.

Arzu və Aygün ananın dediklərini qəbul edib sevininclə onu bərk-bərk qucaqladılar.

Müəllif: Şəfahət Şəfi Həsənov