17 мая 2024

YUSİF VƏ QARANQUŞ

Uşaqlar üçün hekayə

Günlərin birində balaca Yusif babasıgildə pəncərənin qarşısında qoyulmuş masanın arxasında oturub çay içirdi. Elə bu zaman adını bilmədiyi iki quşun çöldən, pəncərənin yuxarı küncündə yuva qurduqlarını gördü. Yusif tez babasının yanına qaçıb dedi:

— Baba, ay baba!

— Eşidirəm, gözəl nəvəm.

— Baba, iki quş pəncərənin üstündə yuva qurur. Gəl gedək tez o yuvanı dağıdaq.

Baba gülümsəyib dedi:

— Gedək mənim igid nəvəm!

Yusif babasının qolundan yapışıb onu mətbəxə apardı. Pəncərəyə yaxınlaşıb şəhadət barmağı ilə qaranquşların yuvasını babasına göstərib dedi:

— Baba, bax, orda yuva qururlar. Tez pəncərəni aç, dağıdaq o yuvanı.

— Olmaz, mənim əziz nəvəm!

— Niyə olmaz, babacan?

— Əvvəl gəl səni bu quşlarla tanış Sonra qərar verərsən. Hələ ki, tələsmə.

Beləliklə, baba Yusifin tanımadığı quşlar haqqında danışaraq dedi:

— Bu quşların adı qaranquş Onlar balaları üçün yuva qururlar. Yuvaları möhkəm olsun deyə gildən, samandan, heyvanların tükündən istifadə edirlər. İçi yumşaq olsun deyə quş tükündən, yundan istifadə edirlər. Yuvaları hazır olandan sonra yumurta qoyub bala çıxmasını gözləyirlər. Sonra da onları vaxtlı-vaxtında yemləyirlər ki, tez böyüsünlər.

— Baba, bəs onlar nə yeyirlər?

— Qaranquşlar havada çox sürətlə uça bildikləri üçün böcəkləri, milçəkləri, ağcaqanadlari, kəpənəkləri, çəyirtkələri və onlarla buna bənzər digər həşəratları elə göydəcə tutub qidalanı Yayda özləri və balaları üçün asanlıqla yemək tapırlar. Çox faydalı quşlardır. Bağ və bostana ziyan verən həşəratları ovlamaqla bizə xeyir verirlər. Odur ki, onlara zərər vermək olmaz! Əgər yuvalarını dağıtsaq onda qaranquşlar bir daha o yerdə yuva qurmazlar. Hətta, payızda yuvalarını tərk etsələr belə yenə də onların yuvalarına dəymək olmaz! Çünki isti yaz günləri gələndə, qaranquşlar yenidən qurduqları yuvaya qayıdacaqlar. Əgər biz yuvanı dağıtsaq, yenisini qurmağa çox vaxt sərf edəcəklər. Bala çıxardıb, böyütməyə vaxtları az olar.

— Baba, axı mən onları payızda və qışda, heç görmədim

— Doğrudur mənim nəvəm. Çünki ölkəmizin iqlim şəraiti onlara burda daimi yaşamağa imkan vermir. Qaranquşlar köçəri quşlardı Havalar soyuyanda daha isti ölkələrə uçurlar. Hava istiləşəndə, yaz aylarında yenə də bizim ölkəyə köç edirlər.

— Babacan, nə yaxşı ki, bunları mənə Yoxsa quş yuvalarını dağıdıb onlara böyük ziyan vurardım. İnsana xeyri olan quşların artmasına mane olardım.

— Elədir ki, var. Mənim əziz nəvəm. Qoy uşaqlar unutmasınlar ki, qaranquş yuvalarını dağıtmaq olmaz.

Müəllif: Səfahət Şəfi Həsənov