17 мая 2024

AYRILIQ

Hardan düşdü aramıza bu həsrət?
Bəlkə uyub bir özgəyə ayrıldıq.
Sevənlərə misal olub əzəldən,
Sevgimizi öyə-öyə ayrıldıq.

Həqiqətin oldu bir şirin xəyal,
Mənki yoxam, güzgümüzdə tənha qal.
Çıxmayır ağlımdan ikicə sual,
Necə qovuşmuşduq? Niyə ayrıldıq?

Dodağından izlərimi siləsən,
Ürəyindən sözlərimi siləsən.
Həm aldandıq, həm aldatdıq biləsən,
Ayrılmarıq deyə-deyə ayrıldıq.

Müəllif: Qorxmaz Kadusi