Qoymadım ümidlər ölə,
Düşmədim ağıza-dilə.
Nə yaxşı ki, sevir hələ,
Qəlbi diri saxlamışam.
Kimi gəzir uzağımda,
Gah solumda, gah sağımda.
Kimi qaçır qabağımda,
Kimi geri saxlamışam.
Sızıldaram bir ah ilə,
Tanınmadım günah ilə.
Dalaşsam da Allah ilə,
Dua yeri saxlamışam.