17 мая 2024

BALA CEYRANLA DONUZUN DOSTLUĞU

(Valeh Heydərin “Bala Ceyranla Donuzun dostluğu” təmsili əsasında)

Uşaqlar üçün nağıl

Biri vardı, biri yoxdu, bir ceyran balası vardı. Bu Ceyran balası çox dəcəl idi və sözə qulaq asmırdı. Günlərin bir günü Ceyran meşədə tənha gəzən zaman, əvvəllər görmədiyi bir heyvana rast gəldi. Bala Ceyran ondan soruşdu:

— Sən kimsən?

— Mən Donuzam. Bəs sən kimsən?

— Mən də Ceyranam. Bəlkə, dost olaq? – Dedi Ceyran.

— Dost olaq, – dedi Donuz.

Beləliklə, Ceyranla Donuz dost oldular. Bir gün Ceyranın anası balasının Donuzla gəzdiyini gördü. Çox narahat oldu. Odur ki, tez balasını yanına çağırıb dedi:

— Dinlə məni, gözəl-göyçək, Ceyranım. Sən pinti bir Donuz balası ilə dostluq edə bilməzsən! Axı bizim adımız, sanımız var. Bizə buna görə hörmət edirlər, gözəlliyimiz var. İnsanlar, hətta, bizim gözəlliyimizə heyran olub körpələrinə naz edəndə, oxşayanda adımızı çəkirlər və adımızı balalarına qoyurlar. Amma Donuzu pintiliyinə görə sevməzlər, adları ilə balalarına naz etməzlər. Nə qədər gec deyil bu dostluqdan əl çək, yoxsa adımıza ləkə gətirərsən.

Ceyran anasını diqqətlə dinləsə də, dediklərinə yenə də qulaq asmadı. Əvvəlki tək Donuzla dostluğunu davam etdi.

Bir gün Porsuq ova çıxmışdı. Meşədə Ceyranla Donuzun bir yerdə gəzdiyini görüb çox şad oldu və Ceyranı məsxərəyə qoydu:

— Siz baxın hələ, ey məşə sakinləri. Ceyran ağlını itirib, düşüb pinti Donuzun dalıyca. Yəqin Donuz şirin dili ilə Ceyranı aldadıb! Yoxsa Ceyran özü ona qoşulub? Bəlkə də Donuz hiyləgərlik edir, özünü təmizkar kimi aparır ki, adını təmizə çıxartsın. Görün həqiqi üzünü necə gizlədib ki, Ceyran onun pintiliyinə heç şübhə belə etmir. Amma mən bunun axırının çox pis olacağını görürəm.

Bir gün hava çox isti idi. Donuz istiyə dözə bilmirdi və sərinləmək üçün yer axtarırdı. Porsuq isə həmişə bir gölməçənin yaxınlığında ova çıxırdı. Nəhayət, Donuz istədiyi palçıqlı gölməçəyə rast gəldi. O, gölməçəyə yaxınlaşıb Ceyrana dedi:

— Nə gözəl yerdir!

— Bu gölməçənin nəyi gözəldir? – soruşdu.

Amma Donuz heç bir cavab vermədən palçığa tullandı. Palçıq Ceyranın üst-başını batırdı.

Elə bu zaman Porsuq Ceyranı gölməçənin yanında, Donuzun isə palçıqda uzandığını gördü. Əhvalatı görən Porsuq sevindi və tez meşəyə bir xəbər yaydı:

— Gözümlə gördüm, Ceyran Porsuqla bir yerdə palçığa girib oynayırdılar. İnanmırsız, gedin baxın Ceyranın vəziyyətinə. Hələ də çirkab içindədir.

Beləliklə, Ceyran bütün meşədə rüsvay oldu. Ondan sonra heç kim Ceyranla dostluq etmək istəmədi. Özünə dost tapa bilməyən Ceyran balasının gözləri doldu. Bildi ki, anasını dinləməməklə çox böyük səhv etmişdir. Pinti birisi ilə dostluğun nəticəsini gördü və anladı ki, hər kəslə dost olanın dostu olmaz və hər kəsdən dost olmaz!

Məllif: Şəfahət Şəfi Həsənov