Ömrü iflic edən zəhər.
İnsanın öz belinə qoyduğu yəhər.
Beyində gedən dava-dalaş.
Kiməsə dəyəcək daş.
Ağlını itirmiş fikir.
Ürəyə hopan kir.
Yol üstündə bitən tikan.
Özünü ağıllı hesab edən nadan.
Bağ-bağatı basan alaq.
Kar qulaq.
Zülmət gecə.
Bədbəxtliyə aparan küçə.